16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
"Yeddi gözəl" musiqisi beş dildə – Alim Qasımovun yeni ortaq layihəsi
Tarix: 05-01-2021 18:52 | Bölmə: Mədəniyyət
"Yeddi gözəl" musiqisi beş dildə – Alim Qasımovun yeni ortaq layihəsi

Azərbaycan xanəndəsi Alim Qasımov və Şüəyb Şahabinin (İran) "Yeddi gözəl" birgə musiqi layihəsi ilə bağlı mətbuat konfransında albomun qısa müddətdə və fərqli vaxtlarda çıxacağı açıqlanıb.

Reyting.az
“ISNA”-ya istinadla xəbər verir ki, “Yeddi gözəl” ("Haft peykər") layihəsi 2016-cı ildə SAFPEM İnstitutunun rəhbərliyi altında beş ölkənin: Fransa, Kanada, Azərbaycan Respublikası, Türkiyə və İranın əməkdaşlığı ilə başlayıb.

Layihə Nizami Gəncəvinin şeirləri üzərində qurulub, habelə elektron və akustik səslər və alətlərin birləşməsindən ibarətdir. Musiqi fransız, Azərbaycan türkcəsi, ərəb, kürd və fars dilləri daxil olmaqla, beş dildə səsləndirilib.

Layihə rəhbərləri Səid Xavərnejad (İranlı bəstəkar) və Fransa Şərqi Asiya Ölkələrinin Mədəniyyət institunun direktoru Selvam Torezdir.

Şüeyb Şahabinin sözlərinə görə, İran və Azərbaycanın mədəniyyətini mümkün qədər uyğunlaşdırmaq məqsədi ilə Nizami Gəncəvinin “Yeddi gözəl”inə istinad etmək razılaşdırılıb. “Nizami Gəncəvinin Azərbaycan türkcəsində bir şeiri belə yoxdur və şeirlərinin tərcümələrindən istər-istəməz istifadə edilib. Son nəticədə layihənin çoxdilli formatına daha çox diqqət yetirdik”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}