17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Şəhidimiz haqqında sənədli film çəkiləcək
Tarix: 07-01-2021 18:53 | Bölmə: Mədəniyyət
Şəhidimiz haqqında sənədli film çəkiləcək

Gənclər Fondunun dəstəyi ilə şəhid Vüqar Sadıqov haqqında sənədli film çəkiləcək.

Reyting.az
xəbər verir ki, bu barədə “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Aqil Ələsgər deyib.

Onun sözlərinə görə “3 ÖVLADIN ŞƏHİD ATASI – Vüqar Sadıqov haqqında sənədli film” layihəsi Gənclər Fondunun dəstəyi ilə həyata keçirilir: “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi olaraq biz bu günə qədər bir neçə film ərsəyə gətirmişik. Filmlərin böyük əksəriyəti Qarabağa həsr olunmuşdu. Budəfəki film isə iyulun 12-də Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olmuş çavuş Vüqar Lətif oğlu Sadıqov haqqındadır. Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Sadıqov Vüqar Lətif oğlu Ağstafa rayon Yuxarı Göycəli kəndində dəfn olunub. Sadıqov Vüqar Lətif oğlu xeyli sayda düşmən texnikasını və canlı qüvvəsini məhv edib. Şəhidimizin 3 övladı var. Artıq peşəkar heyətimiz müəyyənləşmək üzrədir və yaxın günlərdə Ağstafada çəkilişlərə başlayacağıq. Allah şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin!”.

A. Ələsgər müraciətlərinə müsbət cavab verən Gənclər Fonduna təşəkkür etməyi də unutmayıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}