Baş katib: "Azərbaycan hər zaman ICESCO tərəfindən dəstəklənib və dəstəklənəcək”
Tarix: 14-01-2021 16:57 | Bölmə: Mədəniyyət
Baş katib: "Azərbaycan hər zaman ICESCO tərəfindən dəstəklənib və dəstəklənəcək”

“Biz bu ili Azərbaycanın zəfərini təbrik etməklə başlayırıq. Azərbaycan hər zaman ICESCO tərəfindən dəstəklənib və dəstəklənəcək”.

Bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bu gün keçirilən brifinqdə deyib.

“Biz Azərbaycan Prezidentinin və Birinci vitse-prezidentinin çox böyük qonaqpərvərliyini gördük”, - o, bildirib.

O, daha sonra deyib: “İşğaldan azad olunmuş ərazilərdə şəhərlərin, qəsəbələrin, kəndlərin dağıdıldığının şahidi olduq. Bu, ağlasığmaz bir cinayətdir. Eyni zamanda, bu, insanlığa qarşı bir cinayətdir".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}