ICESCO Azərbaycana ekspertlər göndərəcək
Tarix: 14-01-2021 17:18 | Bölmə: Mədəniyyət
ICESCO Azərbaycana ekspertlər göndərəcək

“Biz qayıtdıqdan sonra komandamızı təşkil edəcəyik. Orada üzv ölkələrin nümayəndələri təmsil olunacaq. Həmiçinin qeyri-üzv ölkələrdən də orada nümayəndələr iştirak edəcək”.

Bunu ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik bu gün keçirilən brifinqdə deyib.

“Səfərin tarixi ilə bağlı hələ ki, heç nə deyə bilmərəm. Həftənin sonunda bununla bağlı ekspertləri təyin edəcəyik. Onların səlahiyyətlərini müəyyənləşdirməliyik. Biz ümid edirik ki, fevralın sonunda texniki komanda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcək”, - o, bildirib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}