07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Aktyor yoxa çıxdıqdan bir ay sonra meyiti tapılıb
Tarix: 16-01-2023 19:37 | Bölmə: Mədəniyyət
Aktyor yoxa çıxdıqdan bir ay sonra meyiti tapılıb

Rusiyalı aktyor Vladimir İpatov dünyasını dəyişib. Reyting.az xəbər verir ki, ən çox evsiz kişi rolunu oynayan V. İpatov yoxa çıxdıqdan bir ay sonra meyiti tapılıb.

Rusiya mətbuatı yazır ki, V. İpatovun yaxınları onu axtarmayıblar. Bu səbəbdən də onun ölümü haqqında məlumat olmayıb. Sonradan aktyorun qızı polisə müraciət etməli olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları aktyorun mənzilinin qapısını sındıraraq onun meyitini aşkar ediblər.

İlkin məlumatlara görə, zorakılıq nəticəsində ölüm izlərinə rast gəlinməyib. Çox güman ki, o, təbii səbəblərdən dünyasını dəyişib.

Qeyd edək ki, V. İpatov “Fizruk”, “Stajyerlər”, “Qaçaq”, “Sofya” və digər seriallarda rol alıb. O, ən çox “Babanın qızları”, “Qapalı məktəb”, “Sonuncu” layihələrində oynaması ilə yadda qalıb. Daha çox dilənçi və evsiz rollarını canlandırıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}