Ötən ilin “Ən yaxşı film”i müəyyənləşib
Tarix: 17-01-2023 10:04 | Bölmə: Mədəniyyət
Ötən ilin “Ən yaxşı film”i müəyyənləşib

Kinotənqidçilər 2022-ci ilin ən yaxşı filminin adını açıqlayıb.

Reyting.az
xəbər verir ki, “Critics’ Choice Movie Awards” kino mükafatlarının 28-ci təqdimetmə mərasimində qaliblər bəlli olub. Bu barədə kinoakademiyanın saytında məlumat yayılıb.

Rejissorlar Den Kvan və Daniel Şaynertin lentə aldıqları “Hamı hər yerdə və dərhal” filmi eyni zamanda dörd naminasiyada mükafatlara sahib çıxıb:

“Ən yaxşı film”, “Ən yaxşı ssenari”, “Ən yaxşı rejissor” , “Ən yaxşı quruluş” və “İkinci planda ən yaxşı aktyor”.

“Ən yaxşı qadın rolu” mükafatını bu dəfə “Tar” filmində çəkilmiş Keyt Blanşett alıb. Kişi aktyorlar arasında isə bu nominasiyanı “Kit” filmində baş rolu ifa etmiş Brendan Freuzer udub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}