Ölkəmizdə “Gəncliyin səsi” festivalı keçiriləcək
Tarix: 30-01-2023 17:48 | Bölmə: Mədəniyyət
Ölkəmizdə “Gəncliyin səsi” festivalı keçiriləcək

Fevralın 2-si Azərbaycanda Gənclər Günüdür. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə imzaladığı fərmanla təsis olunan əlamətdar gün Azərbaycan gəncliyinə, gənclərin cəmiyyətdəki roluna verilən yüksək qiymətdir.

Yaradıcı gənclərə diqqət və qayğı da bu sahədə dövlət proqramlarının prioritet istiqamətlərindəndir. Bu məqsədlə müxtəlif layihələr həyata keçirilir, yaradıcı gənclərin xaricdə təhsilinə köməklik göstərilir, beynəlxalq festival və müsabiqələrdə iştirakı təmin olunur.

Reyting.az xəbər verir ki, 2 Fevral - Gənclər Günü ənənəvi olaraq hər il ölkəmizdə müxtəlif mədəniyyət layihələri ilə qeyd edilir.

1-8 fevral tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə əlamətdar günə həsr olunmuş IX “Gəncliyin səsi” festivalı keçiriləcək. Festivalın məqsədi gənclərin yaradıcı sahəyə marağının artırılması, onların istedadının üzrə çıxarılması və tanıdılması, sənət fəaliyyətinin təşviq edilməsidir.

Festival çərçivəsində Bakıda və Gəncədə silsilə tədbirlər keçiriləcək. İncəsənətin müxtəlif sahələrini təmsil edən gənclərin ölkənin aparıcı teatr-konsert müəssisələrinin səhnəsində çıxışı onlara stimul olacaq. “Gəncliyin səsi” festivalı gənc muğam ifaçılarını, vokalçıları, aşıqları, instrumental ifaçıları, rəqqas və balet artistlərini, aktyorları bir daha sənətsevərlərlə görüşdürəcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}