Zəlzələ sənətçi və ailəsinin həyatına son qoyub - Foto
Tarix: 09-02-2023 10:26 | Bölmə: Mədəniyyət
Zəlzələ sənətçi və ailəsinin həyatına son qoyub

Fevralın 6-da Türkiyənin Adıyaman şəhərində baş verən güclü zəlzələ türk xalq musiqisinin tanınmış ifaçısı Aziz Taşdan və ailəsinin həyatına son qoyub.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, Adıyaman şəhər mərkəzində Memar Sinan küçəsi, Yeni məhəllədəki evinin çökməsi nəticəsində 42 yaşlı sənətkar, onun xanımı, 15 və 5 yaşlı iki övladı həlak olublar.

Məlumata görə, onların cəsədləri dünən çıxarılaraq Karapınar məzarlığında dəfn olunub.

Allah rəhmət eləsin!

LALƏ
Reyting.az







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}