İbrahim Tatlısəsin qızı Bodrumdakı villasında 4 ailə yerləşdirəcək
Tarix: 13-02-2023 14:14 | Bölmə: Mədəniyyət
İbrahim Tatlısəsin qızı Bodrumdakı villasında 4 ailə yerləşdirəcək

İbrahim Tatlısəsin qızı Dilan Çıtak "Instagram" hesabından paylaşım edib.

Reyting.az
xəbər verir ki, o, paylaşımında zəzlələdən zərərçəkən insanlara müraciət edərək, xaricdə olduğu üçün ölkəsinin acıları ilə məşğul ola bilmədiyini yazıb:

"Uşaqlıq dostumun səhhəti ilə bağlı yaranan problemə görə ölkədən kənardaydım. Artıq onu xəstəxanadan çıxardıq, ölkəyə gəlirik. Uzaqda olsam da, bu müddətdə əlimdən gələni etdim. Ağlım yenə də zəlzələ bölgəsindədir. Bu gündən artıq meydanda olacam".

Müğənni qeyd edib ki, o, Bodrumdakı villasının qapısını 4 ailə üçün hazırladır: "Evə dönən kimi, Bodrumdakı villamızda 4 ailənin yerləşdirəcəyik".

LALƏ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}