Rəssamlıq Akademiyasının rektoru kollektivə təqdim olunub
Tarix: 16-02-2023 15:00 | Bölmə: Mədəniyyət
Rəssamlıq Akademiyasının rektoru kollektivə təqdim olunub

Azərbaycan Rəssamlıq Akademiyasının yeni rektoru Natiq Əliyev kollektivə təqdim olunub.

Reyting.az
xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, eləcə də təhsil müəssisəsinin pedaqoji kollektivi iştirak ediblər.

Nazir, Natiq Əliyevin akademiyaya rektor təyin olunması ilə bağlı sərəncamı diqqətə çatdırıb və yeni rektora fəaliyyətində davamlı uğurlar arzulayıb.

Rektor Natiq Əliyev ona göstərilən etimada görə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirəcəyini söyləyib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}