17:54 / 22-10-2025
Dabaq xəstəliyi Şəki-Zaqatalanı bürüyüb - Vaksin fayda vermir, mal-qaralar tələf olur
17:49 / 22-10-2025
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
17:42 / 22-10-2025
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
17:19 / 22-10-2025
Nazir işçilərinə maşın yuduzduranı direktor təyin edib
16:51 / 22-10-2025
Gələn ildən bu şəxslər gəlir vergisinə cəlb olunacaq
16:37 / 22-10-2025
“Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - Fotolar
16:22 / 22-10-2025
Yaşayış minimumu və ehtiyac meyarı artırılır
16:05 / 22-10-2025
"Qarabağ"ın U-19 komandası ardıcıl üçüncü oyunda uduzub
16:02 / 22-10-2025
İslandiyada ilk dəfə ağcaqanad aşkar edilib
15:55 / 22-10-2025
Qurban Pirimov direktor təyin olunub
15:49 / 22-10-2025
SLS raketi astronavtları Aya aparmağa hazırdır - Foto
15:37 / 22-10-2025
Estoniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib
15:29 / 22-10-2025
Bakıda arvad öldürdüyü ərini həyətdə gizli basdırıb
15:07 / 22-10-2025
Beynəlxalq səyyahlar Xankəndiyə səfər ediblər - (Yenilənib) - Fotolar
14:50 / 22-10-2025
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
14:41 / 22-10-2025
Yeni medal təsis edilib
14:29 / 22-10-2025
General-mayora yüksək vəzifə verilib
14:13 / 22-10-2025
XİN başçısı: "Orta Dəhlizin ikinci xətti Ermənistanı tranzit ölkəsinə çevirə bilər"
14:08 / 22-10-2025
Müharibə bir ilə bitəcək? - Nurlan Umudov yazır
14:05 / 22-10-2025
"Zirə" Vinsent Tillə vidalaşıb
14:03 / 22-10-2025
Xəstə əməliyyat zamanı klarnet çalıb
13:55 / 22-10-2025
Ramiz Mehdiyevin bankında problem yaranıb?
13:54 / 22-10-2025
Məşhur kino şirkətini satışa çıxarıblar
13:33 / 22-10-2025
Mərkəzi Asiyadakı qaz kəməri...
13:27 / 22-10-2025
Estoniya Azərbaycanda səfirlik açacaq
13:03 / 22-10-2025
Birinci Türkoloji Qurultayın 100 illik yubileyi keçiriləcək - Sərəncam
12:56 / 22-10-2025
Müğənni: "Musa əvvəl rəhmətə getsin ki, onu şanlı-şöhrətli dəfn etdirim"
12:41 / 22-10-2025
Sabah bəzi ərazilərə yağış yağacaq
12:39 / 22-10-2025
Axtarışda olan 4 nəfər Azərbaycana gətirilib
12:00 / 21-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

18:38 / 17-10-2025

19:14 / 18-10-2025

13:12 / 21-10-2025

14:39 / 19-10-2025

Nərgiz Şəfiyeva anılıb... - Fotolar
Tarix: 07-04-2023 20:25 | Bölmə: Mədəniyyət

Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) bəstəkar, musiqişünas, Əməkdar incəsənət xadimi Nərgiz Şəfiyevanın xatirəsinə həsr olunmuş tədbir keçirilib.
1940-cı il yanvarın 1-də Bakıda dünyaya göz açan N. Şəfiyeva 1957-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyası nəzdində onillik musiqi məktəbini bitirdikdən sonra elə həmin il konservatoriyanın musiqi nəzəriyyəsi fakültəsinə daxil olub. Bir ildən sonra burada oxumaqla yanaşı, bəstəkarlıq şöbəsinə də qəbul edilib və 1958–1964-cü illərdə dünya şöhrətli bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Eyni vaxtda iki fakültədə oxuyan N. Şəfiyeva musiqişünaslığın, bəstəkarlığın sirlərini dərindən mənimsəyib. Hələ tələbə ikən -1959-cu ildə Azərbaycan bətəkarlarının plenumunun və 1962-ci ildə keçirilən 3-cü qurultayının iştirakçısı olub. Və həmin ildə Moskvada gənc bəstəkarların ümumittifaq müsabiqəsində qalib gələrək birinci dərəcəli diploma layiq görülüb.

Qara Qarayevin sinfini bitirən Nərgiz xanım bəstəkarlıq sahəsində maraqlı əsərlər - fortepiano üçün prelüdlər, silsilə pyeslər, sonatina, sonata, fortepiano üçün “Skertso”, vialino və piano üçün “Poema”, böyük simfonik orkestr üçün “Musiqi”, Nazim Hikmətin “Oystraxa məktubum” şeiri əsasında yazılmış vokal “Dialoq”, gənc ifaçılar üçün “Gün gələr, həftə keçər” silsiləsi (Azərbaycan xalq muğamları əsasında), violençel, fleyta və arfa üçün “Damlalar”, “Pastoral” triosu, “Mahnı dağlarda qaldı” instrumental kompozisiya və s. yaradıb.
Bəstəkarlıq fəaliyyəti ilə yanaşı, N. Şəfiyeva uzun illər pedaqoq kimi çalışıb, Bakıdakı 2 saylı yeddillik uşaq musiqi və Bülbül adına Orta İxtisas Musiqi məktəblərində musiqi nəzəriyyəsi və bəstəkarlıq fənlərindən dərs deyib, mədəniyyət nazirliyinin metodiki kabinetində musiqi nəzəriyyəsi bölməsinin metodisti olub, “Azərbaycan ladları” dərs vəsaitləri və tövsiyələri, Bülbül adına Orta İxtisas Musiqi məktəbinin 70 illiyinə həsr edilmiş kitabçanı (Nigar Cərullaqızı ilə birlikdə) və “Qara Qarayev - tələbələrinin xatirəsində” toplusunu hazırlayıb nəşr etdirib, ABİ-nin fəalliyyətində rolunu əsirgəməyib. O, musiqi sahəsindəki xidmətlərinə görə Azərbaycan və SSRİ mədəniyyət nazirliklərinin fəxri fərman, diplom və təşəkkürnamələrini alıb, 30 dekabr 2015-ci ildə Azərbaycanın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. Ötən il aprel ayının 3-də vəfat edib.

Tədbiri giriş sözü ilə açan ABİ sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə mərhum sənətkarın çoxcəhətli yaradıcılığından danışıb. Qara Qarayevin istəkli tələbələrindən olan Nərgiz xanımın işinə məsuliyyətini, vətəninə, millətinə sevgisini, insani xüsusiyyətlərini ayrıca qeyd edib. Anım tədbirinin aparıcısı, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı Nərgiz Şəfiyevanın “Qara Qarayev - tələbələrinin xatirəsində” kitabına, çıxışçılar – ABİ-nin katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova, musiqişünas professor, Əməkdar incəsənət xadimi Fəttah Xalıqzadə N.Şəfiyevanın yaradıcılığının müxtəlif məqamlarına, şəxsi keyfiyyətlərinə, kökü ilə bağlı olduğu Şuşa, Qarabağ xatirəli söhbətlərinə diqqət çəkiblər.
Nərgiz xanımın ömrünün anlarını əks etdirən slayd-şounun nümayişindən sonra tədbirin musiqili hissəsində Xalq artisti Ülviyyə Hacıbəyova səbəbkarın bəstələdiyi fortepiano üçün “6 Prelüd” silsiləsi və Qara Qarayevin “Eskiz” əsərini səsləndirdi. Əməkdar artist Anar Şuşalı N. Şəfiyevanın Hafiz Şirazinin “Soruşma” qəzəlinə yazdığı “Hafizi anarkən” romansını konsertmeyster Təranə Məmmədovanın müşayiəti ilə ifa edib.

Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 18:05
Xalq artisti Şeyx Əbdül xəstəxanaya yerləşdirilib
Bu gün, 15:55
Qurban Pirimov direktor təyin olunub
Bu gün, 13:54
Məşhur kino şirkətini satışa çıxarıblar
Bu gün, 07:16
Luvr muzeyinə dəymiş zərər 88 milyon avrodur
20-10-2025, 18:17
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
20-10-2025, 17:24
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
20-10-2025, 10:22
Hollivudun məşhur aktyorundan bəhs edən film çəkiləcək
20-10-2025, 09:08
İmperatorlara məxsus qiymətli əşyaları oğurlayıblar - Fotolar
17-10-2025, 12:58
Milyarder iş adamı məşhur aktyorları qəzəbləndirib
17-10-2025, 11:45
Əkrəm Əylisli: "Bu mövzuda danışamaq mənim üçün çox çətindir”
17-10-2025, 08:58
“Kiss”-in məşhur gitaraçısı vəfat edib
16-10-2025, 11:36
Oğlu: "Ramiz Quliyevi dostum kimi yola salıram"
16-10-2025, 10:52
Əməkdar artist vəfat edib
16-10-2025, 10:27
Dünya şöhrətli iki aktyor yeni çəkilişdə... - Fotolar
16-10-2025, 09:22
Astana II Beynəlxalq Etnik Musiqi Festivalına hazırlaşır
15-10-2025, 11:08
Leyla və Arzu Əliyevalar Berlində sərgidə - Fotolar
15-10-2025, 11:00
Nazirlik Ramiz Quliyevin vəfatı ilə bağlı məlumat yayıb
15-10-2025, 10:15
Xalq artisti Ramiz Quliyev vəfat edib
15-10-2025, 08:32
Dördqat “Gremmi” laureatı 51 yaşında vəfat edib
14-10-2025, 09:52
Al Paçino "Ata Co" filmində baş rola çəkiləcək - Fotolar
14-10-2025, 08:48
“Ceyms Bond” filmləri silahsız təqdim olunub
12-10-2025, 09:00
Kino ulduzu "Tayler Reyk"-ə dönür
10-10-2025, 08:51
Məşhur aktyor Hollivud ulduzunun atasının obrazını yaradacaq - Fotolar
9-10-2025, 16:12
"Ouşenin 14 dostu" filminin çəkilişlərinə başlayırlar
9-10-2025, 15:13
Yazıçı Nobel mükafatına layiq görülüb
9-10-2025, 14:59
Xalq artisti Əminə Yusifqızı vəfat edib
8-10-2025, 07:56
Məşhur aktrisalara yeni filmdə rol verilib
7-10-2025, 10:30
UNESCO-da Azərbaycanın bəyanatı oxunub
6-10-2025, 11:24
Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır
3-10-2025, 17:45
Aytac Əlisultanlı yeni vəzifəyə təyin olunub
3-10-2025, 14:43
Arzu Əliyeva VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə qatılıb
3-10-2025, 10:43
Xalq artisti Ramiz Quliyevin vəziyyəti ağır-stabil olaraq qalır
3-10-2025, 07:20
Yeni "Avatar" təxminən üç saatlıq film olacaq
2-10-2025, 18:08
Müğənni Səbinə Ərəbli Xankəndiyə köçüb
2-10-2025, 17:11
Hollivud ulduzu "Sığınacaq" qəhrəmanına çevrilib - Fotolar
2-10-2025, 07:13
Yeni filmdə əsas rolları məşhurlar oynayacaqlar
1-10-2025, 22:19
Heydər Əliyev Fondu xanəndənin müalicəsini nəzarətə götürüb
1-10-2025, 12:35
Şahbaz Xuduoğlu Bakıda kitab sərgisinə buraxılmayıb
30-09-2025, 16:12
Füzuli Dram Teatrının direktoru komaya düşüb
30-09-2025, 15:02
Tahir İmanov: "Allah kimisə ucaltsa, onu heç kim alçalda bilməz”
30-09-2025, 10:54
Teleaparıcı vəzifəyə təyin olunub
30-09-2025, 10:26
Cabir İmanovla vida mərasiminin yeri dəyişdirilib
29-09-2025, 11:16
TƏBİB: "Şairin vəziyyəti orta ağırdır"
26-09-2025, 16:42
Milli Qəhrəmana həsr edilmiş tamaşanın premyerası olub
26-09-2025, 16:13
Məşhur aktyorun fimi hitə çevrilib
26-09-2025, 13:29
Ordubadlı qəhrəmanlardan bəhs edən kitab işıq üzü görüb
26-09-2025, 10:58
"Leyli və Məcnun" operası əsasında film çəkilməsi təklif olunub