Baxçalı Əminə Ərdoğan obrazına həyat verən aktrisanın deputatlığa namizədliyini irəli sürüb
Tarix: 10-04-2023 13:36 | Bölmə: Mədəniyyət
Baxçalı Əminə Ərdoğan obrazına həyat verən aktrisanın deputatlığa namizədliyini irəli sürüb

Prezident Ərdoğanın taleyindən bəhs edən "Rəis" filmində onun xanımı Əminə Ərdoğan obrazına həyat verən Özlem Balcı deputatlığa namizəd olub.

Reyting.az
Türkiyə mediasına istinadla xəbər verir ki, onun namizədliyini Dövlət Baxçalının sədri olduğu MHP irəli sürüb.

Məlumata görə, aktrisa MHP-nin Muğla şəhəri üzrə siyahısında ilk sıradadır.

Məsələ ilə bağlı İnstagram-dakı səhifəsində açıqlama verən aktrisa çox xoşbəxt olduğunu və buna görə ona etimad göstərən Baxçalıya minnətdarlıq edib:

"MHP-nin və Cumhur İttifaqının zəfəri üçün çiyin verəcəyimin sevincini yaşayıram...".

E. ARAZ





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}