Məşhur aktyor Mossad agenti olub
Tarix: 15-04-2023 14:23 | Bölmə: Mədəniyyət
Məşhur aktyor Mossad agenti olub

Ötən ay vəfat edən dünya şöhrətli aktyor Haim Topolla bağlı bir həqiqət üzə çıxıb.

Reyting.az
xəbər verir ki, ailəsi məşhur aktyor Haim Topolun Mossad agenti olduğunu açıqlayıb.

Xatırladaq ki, 1972-ci ildə çəkdiyi “Damda skripkaçı” filmi ilə dünya şöhrəti qazanmış H. Topol ötən ay 87 yaşında dünyasını dəyişib. Bundan sonra isə aktyorun ailəsi Topolun Mossad agenti olduğunu bildirib.

İsrail mətbuatına danışan ailəsi deyib ki, Topol vaxtilə xaricə çoxsaylı səfərlər edib. İngiltərədə yaşayan Topolun Mossad-a rəhbərlik edən Zvi Amirlə tez-tez görüşdüyü qeyd edilib.

Məşhur aktyorun oğlu atasının ezamiyyətdə ərəb ölkələrindən birinin konsulluğunu dinlədiyini və missiyanın təfərrüatlarını çatdırdığını bildirib. Oğlunun ifadələrinə görə, Topol və xüsusi qrup konsulluq binasının yanında kirayə qaldıqları mənzilin divarını qazaraq, özlərini diş həkiminə oxşadıb, dinləmə aparatı yerləşdiriblər.

Digər tərəfdən, İsrail prezidenti 9 martda dünyasını dəyişən Topolla bağlı mesaj paylaşıb. Prezident Hersoq dünya şöhrətli teatr və kino sənətçisi Topolun aktyorluq sənətinin bütün karyerası boyunca hörmətlə xatırlandığını ifadə edərək, “O, istedadına və yaradıcılığına görə bir çox mükafatlara layiq görüldü, lakin biz onunla birlikdə ən mühüm mükafatı qazandıq”,- deyib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}