20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Küçə musiqiçilərinə eyni mahnıları oxumağı qadağan ediblər
Tarix: 18-04-2023 01:29 | Bölmə: Mədəniyyət
Küçə musiqiçilərinə eyni mahnıları oxumağı qadağan ediblər

İrlandiyanın Killarney şəhərinin hakimiyyət orqanları qanunvericilik səviyyəsində küçə musiqiçilərinə uzun müddət eyni mahnıları oxumağı və eyni yerdə çıxış etməyi qadağan edib. Reyting.az “Europulse” istinadla bildirir ki, bu qərar vətəndaşların repertuarların monotonluğundan şikayətindən sonra verilib.

İndi hər hansı küçə tamaşası eyni yerdə iki saatdan çox olmamaqla keçirilə bilər. Daha sonra ifaçılar çıxışlarını davam etdirmək üçün minimum 50 metr məsafə qət etməlidirlər. Eyni zamanda, ondan gələn səs-küy səviyyəsi 80 desibeldən çox olmamalıdır.

Bundan əlavə, səlahiyyətli orqanlar musiqiçilərin repertuarında ədəbsiz, təhqiramiz və ya irqçi sözləri olan mahnıların olmamasını təmin edəcək.

Qanunu pozanları 75 avro cərimə gözləyir. İş rayon məhkəməsinə gedərsə, o zaman cərimə 1,5 min avroya qədər arta bilər.

V. QULİYEV
Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər