Heydər Əliyevin 100 illiyi münasibətilə Ədəbiyyat Forumu keçiriləcək
Tarix: 28-04-2023 14:54 | Bölmə: Mədəniyyət
Heydər Əliyevin 100 illiyi münasibətilə Ədəbiyyat Forumu keçiriləcək

Mayın 5-7-də Azərbaycan Yazıçılar Birliyi (AYB) Ədəbiyyat Fondunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” Forumu keçiriləcək.

AYB-dən Reyting.az-a bildirilib ki, Quba şəhərində yerləşən “Şahdağ Quba-Truskavets” sanatoriyasının ev sahibliyi edəcəyi Forumda ölkənin ədəbi elitası bir araya gələcək.

Heydər Əliyevi - bu böyük və müdrik insanı şəxsən tanıyıb, onunla yaxından təmasda olanlar onunla bağlı xatirələrini dilə gətirəcəklər, məruzəçilər Heydər Əliyevin ədəbiyyatımıza verdiyi töhfələrdən, qələm əhlinə diqqət və qayğısından söz açacaqlar.

İki günlük Forum zamanı həm də Azərbaycan Yazıçılar Birliyinin Heydər Əliyevin 100 illiyinə hazırladığı töhfə - “Əbədi ömrün yüz ili” kitabının təqdimatı olacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}