Siyavuş Aslanın oğlu vəfat edib, beş gündür cənazəsini təhvil alan yoxdur
Tarix: 05-05-2023 23:49 | Bölmə: Mədəniyyət
Siyavuş Aslanın oğlu vəfat edib, beş gündür cənazəsini təhvil alan yoxdur

Mərhum Xalq artisti Siyavuş Aslanın oğlu Çingiz Aslanov vəfat edib.

Reyting.az
“Qafqazinfo”-ya istinadla xəbər verir ki, o, 5 gün öncə dünyasını dəyişib.

Məlumata görə, hazırda Ç. Aslanovun nəşi Sabunçu Tibb Mərkəzinin meyitxanasındadır və 5 gündür ki, cənazəni təhvil alan yoxdur.

Ç. Aslanov Maştağa qəsəbəsində yerləşən Respublika Narkoloji Mərkəzində vəfat edib. Həmin vaxt mərkəz əməkdaşları Ç. Aslanovun yaxınlarını axtarsa da, heç kimi tapa bilməyiblər və bu səbəbdən cənazə meyitxanaya verilib.

Qeyd edək ki, Çingiz Aslanov tüfeyli həyat tərzi yaşayırdı. Onun küçələrdə gecələməsi ilə bağlı dəfələrlə görüntülər yayılıb. Ç. Aslanov 2021-ci ildə sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilsə də, öz istəyi ilə oranı tərk etmişdi.

Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}