20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
Terrorçu kimi 20 il həbsdə saxlanılan şəxsin rəsm sərgisi açılıb
Tarix: 08-05-2023 09:50 | Bölmə: Mədəniyyət
Terrorçu kimi 20 il həbsdə saxlanılan şəxsin rəsm sərgisi açılıb

Pakistanda taksi sürücüsü olarkən 11 sentyabr hücumlarından sonra ABŞ tərəfindən “terrorçuluq” ittihamı ilə həbs edilən və heç bir maddə ilə ittiham olmadan Quantanamoda 20 il saxlanılan Məhəmməd Əhməd Rəbbaninin Kəraçi şəhərindəki sənət məktəbində rəsm sərgisi açıb.

Reyting.az
xəbər verir ki, dünyanın ən dəhşətli həbsxanasında 20 il cəza çəkən pakistanlı ölkəsinə qayıtdıqdan üç ay sonra bu addımı atıb.

“ArabNews”ə danışan Rabbani deyib ki, rəsm çəkməyi keçən fevral ayında azadlığa çıxdığı həbsxanada öyrənib.

2006-cı ildə digər məhbuslarla rəsm dərsi istədiklərini deyən Rəbbani, təxminən 4 ildən sonra tələblərinin yerinə yetirildiyini, ancaq ilk günlərdə yalnız bir rəngə icazə verildiyini açıqlayıb. 2015 və ya 2016-cı illərdə isə fərqli rənglərlə şəkil çəkməyə icazə verilib.

Rəbbani Kəraçidəki ilk sərgisini “Unudulmaz ay: Quantanamodan yenidən yaşamaq sənəti” adlandırıb.

ELÇİN




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər