11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
10:39 / 19-04-2024
Bitcoin ucuzlaşıb
İrandan gözlənilməz qərar: qalalar və karvansaraylar satışa çıxarılır - Foto
Tarix: 08-05-2023 17:25 | Bölmə: Mədəniyyət
İrandan gözlənilməz qərar: qalalar və karvansaraylar satışa çıxarılır

Tarixinin ən böyük iqtisadi böhranlarından birini yaşayan İranda dövlət xəzinəsinə pul daxil etmək üçün 19 tarixi bina, o cümlədən karvansaraylar və qalalar hərraca çıxarılır.

Reyting.az
-ın xəbərinə görə, iqtisadi böhranla mübarizə aparan İran hökuməti gəlir əldə etmək üçün bir çox tarixi binaları hərrac yolu ilə satmağa qərar verib.

İranın Mədəni İrs və Turizm Nazirliyindən açıqlamasında bildirilir ki, mayın 22-dən etibarən ölkədəki 19 fərqli tarixi bina və tikili satışa çıxarılacaq. Bir çox tarixi binanın internet üzərindən satışa çıxarılacağı qeyd olunur.

Ölkənin qabaqcıl tarixçilərindən olan Mohammed Gharipour İran hökumətinin bu addımını narahatedici və tələsik verilən qərar adlandırıb: “Bu qərarın arxasında heç bir araşdırmanın olmaması qorxuludur”.



Kirman bölgəsində yerləşən və yaşı 1000 il olduğu təxmin edilən Rayen qəsri də satılacaq. İslamdan əvvəlki tarixin ən mühüm tikililərindən biri kimi tanınan Rayen qalası ilə yanaşı, karvansaraylar və bir çox tarixi əhəmiyyətli liderlərin iqamətgahları da satışdadır.

Bu torpaqları və tikililəri alan şəxslərin binaları sökə biləcəyini qeyd edən ekspertlər indidən həyəcan təbili çalırlar. Keçmişdə İran administrasiyası oxşar satışlar həyata keçirsə də, bir çox tarixi binalar otel və restoranlara çevrilib.

Onu da qeyd edək ki, son dövrdə həm sanksiyalar, həm də ölkədəki təzyiqlərin səbəb olduğu hadisələrlə tarixi böhran yaşayan İranda inflyasiya 50 faizi keçib.

Y. QACAR
Reyting.az





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}