Xəstəxanaya yerləşdirilən kinorejissora qan köçürülüb
Tarix: 12-05-2023 11:53 | Bölmə: Mədəniyyət
Xəstəxanaya yerləşdirilən kinorejissora qan köçürülüb

Əməkdar artist, kinorejissor Elxan Qasımovun son durumu açıqlanıb.

Reyting.az-
ın məlumatına görə, sənətçinin qızı Kəmalə Qasımova “Report”a bildirib ki, atasının vəziyyəti stabil-ağır olaraq qalır.

Onun sözlərinə görə, E.Qasımova qan köçürülüb: “Müalicəsi davam edir. Cüzi irəliləyiş var, amma tam proqnoz vermək mümkün deyil. Həkimlər hələ dəqiq söz deyə bilmir”.

Qeyd edək ki, 78 yaşlı Əməkdar artist bir neçə gün öncə aorta anevrizmasının partlaması diaqnozu ilə xəstəxanaya yerləşdirilib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər