Ənvər Çingizoğlunun "Qarabağ ruhaniləri" kitabı təqdim olunub - Fotolar
Tarix: 12-05-2023 18:18 | Bölmə: Mədəniyyət
Ənvər Çingizoğlunun "Qarabağ ruhaniləri" kitabı təqdim olunub

Yazıçı, publisist, Əməkdar mədəniyyət işçisi, "Qızıl Qələm" mükafatı laureatı Ənvər Çingizoğlunun müəllifi olduğu və Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyilə çap edilən "Qarabağ ruhaniləri" adlı kitabın təqdimatı keçirilib.

Reyting.az
xəbər verir ki, mayın 12-də keçirilən tədbirdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Hatəm Gülməmmədov, “Xalq qəzeti”nin baş redaktor müavini Tahir Aydınoğlu, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının redaktoru Akif Cabbarlı, “Şuşa” nəşriyyatının direktoru Vasif Quliyev, müstəqil jurnalist Mübariz Süleymanlı, “Xalq qəzeti”nin müxbiri İttifaq Mirzəbəyli, Əməkdar jurnalist Tahir Talıblı, mətbuat nümayəndələri, tədqiqatçılar, mərhum yazıçının qələm dostları və ailə üzvləri iştirak ediblər.

Çıxış edən natiqlər Ənvər Çingizoğlunun yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüb və çap edilən kitab barəsində fikirlərini iştirakçıların diqqətinə çatdırıblar.

Onu da qeyd edək ki, kitab Ənvər Çingizoğlunun vəfatından sonra nəşr edilib.






Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}