17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Filarmoniyanın yeni baş dirijoru bəlli olub - Təyinat
Tarix: 13-05-2023 16:18 | Bölmə: Mədəniyyət
Filarmoniyanın yeni baş dirijoru bəlli olub

Fuad İbrahimov Azərbaycan Dövlət Akademik Filarmoniyasının baş dirijoru təyin edilib.

Reyting.az
APA-ya istinadla bildirir ki, Fuad İbrahimov bu vəzifədə, Xalq artisti Rauf Abdullayevi əvəz edib.

Fuad İbrahimov Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru, Münhen Yeni Filarmoniyasının Simfonik Orkestrinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra”nın baş dirijoru olub.

Fuad İbrahimov Parisdə “Radio France”, “France musique”, “L'orchestre philharmonique” və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsində 2-ci yeri tutub.

Dirijor kimi dünyanın bir sıra tanınmış konsert salonlarında çıxış edib. 2022-ci ildə Prezident mükafatına layiq görülüb, Azərbaycan Respublikasının Əməkdar artistidir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}