Azərbaycanlı şairin kitabı Türkiyədə nəşr edilib - Fotolar
Tarix: 14-05-2023 13:56 | Bölmə: Mədəniyyət
Azərbaycanlı şairin kitabı Türkiyədə nəşr edilib

Şair, esseist, Prezident və Beynəlxalq Rəsul Rza mükafatçısı Şahnaz Şahinin Vətən Müharibəsindən bəhs edən "Zəfər nəğmələri" kitabı Türkiyədə, "FERFİR" nəşriyyatı tərəfindən nəfis tərtibatla çap edilib.

Reyting.az
xəbər verir ki, kitabın redaktoru şair, tərcüməçi, esseist, Azərbaycan Yazıçılar Birliyinin Beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, baş direktoru Şərəf Yılmaz, tərcüməçisi Ömər Küçükmehmetoğludur.

Həm Azərbaycan Yazıçılar Birliyinin, həm də Jurnalistlər Birliyinin üzvü olan Şahnaz Şahinin poema və vətənpərvər şeirlərdən ibarət kitab qardaş ölkənin geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.



Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}