"Ben Bu Cihana Sığmazam"da Azərbaycanın ərazisi ilə bağlı siyasi səhv aradan qaldırılıb
Tarix: 31-05-2023 20:54 | Bölmə: Mədəniyyət
"Ben Bu Cihana Sığmazam"da Azərbaycanın ərazisi ilə bağlı siyasi səhv aradan qaldırılıb

Türkiyənin ATV kanalında yayımlanan "Ben Bu Cihana Sığmazam" serialında nümayiş olunan xəritədə Naxçıvanın Azərbaycanın ərazisi kimi göstərilməməsi kimi ciddi siyasi səhv aradan qaldırılıb.

Reyting.az
xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı Səfirliyindən məlumat verilib.

Bildirilib ki, mayın 23-də Türkiyənin ATV televiziyasında yayımlanan “Ben bu cihana sığmazam” adlı serialın 32-ci seriyasında təhrif olunmuş Azərbaycan xəritəsi istifadə edilib.

Ekran əsərinin Azərbaycandan olan çoxsaylı izləyicilərinin də haqlı narazılığına səbəb olan bu halla bağlı sözügedən serialı çəkən “Güzel Adamlar Medya” şirkəti ilə əlaqə saxlanılıb. Şirkət rəsmiləri texniki səhv olduğunu bildirərək yanlışlığa görə Azərbaycan tərəfindən üzr istəyib. Şirkətə Azərbaycanın xəritəsi təqdim olunub və şirkət həmin seriyanın təkrarında xəritənin düzəldiləcəyini bildirib.

Mayın 27-də ATV telekanalında 32-ci seriyanın təkrarı yayımlandığı zaman xəritə ilə bağlı səhv aradan qaldırılıb və Azərbaycan xəritəsi düzgün formada istifadə olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}