13:04 / 16-09-2024
Sabah yağış yağacaq
İsraildə hökumətə qarşı nümayişlər davam edir - Video
Tarix: 04-09-2024 08:54 | Bölmə: Siyasət
İsraildə hökumətə qarşı nümayişlər davam edir

İsraildə Benyamin Netanyahu hökumətinə qarşı təşkil edilən etirazlar minlərlə insanın iştirakı ilə üçüncü gündür davam edir.

Reyting.az
xəbər verir ki, Tel-Əviv və Qərbi Qüds başda olmaqla ölkənin bir çox bölgəsində minlərlə insan küçələrə çıxıb. Aksiya iştirakçıları Qəzzada israilli məhbusların ölümünə görə Netanyahu hökumətini ittham edir.

Bəzi nöqtələrdə atəş yandıran nümayişçilər polisin müdaxiləsi ilə qarşılanıb. Əllərində İsrail bayraqları tutan etirazçılar baş nazir Netanyahuya və onun hökumət üzvlərinə qarşı şüarlar səsləndirirlər.

Etirazçılar nağara və fit çalaraq, hökuməti israilli məhbusları tez bir zamanda evlərinə qaytarmağa çağırırlar. Nümayişçilər baş nazirin siyasətini tənqid edərək onun məsuliyyət daşıdığını bildirirlər.

Onu da qeyd edək ki, aksiya zamanı İsrail polisi ilə nümayişçilər arasında vaxtaşırı toqquşmalar olur. Polis azı iki nəfəri saxlayıb.

Video: My Webpage

E. KAMAL




Bölməyə aid digər xəbərlər