Adil Qeybulla həbsxanada sabiq deputatı müayinə edəcək
Tarix: 05-12-2024 12:06 | Bölmə: Siyasət
Adil Qeybulla həbsxanada sabiq deputatı müayinə edəcək

Xəbər verdiyimiz kimi, prokuror keçmiş deputat Hüseyn Abdullayevin 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Məlumata görə, proses başqa məqamlarla da yadda qalıb.

Hakim Azər Tağıyev vəkillərin vəsatətini təmin edərək tanınmış həkim Adil Qeybullanın Hüseyn Abdullayevi təkrar müayinə etməsinə qərar verib. Vəkillər vəsatətdə göstəriblər ki, sözügedən həkim bundan əvvəl cəmi bir dəfə Abdullayevlə görüşüb, daha sonra ona icazə verilməyib.

Hakim Adil Qeybullanın Bakı İstintaq Təcridxanasına rahat girişinə icazə verilməsi ilə bağlı yenidən qərar qəbul edib.

“Quska” özü məhkəmənin tez başa çatmasını istəyir. O, qısa çıxışında ittihamları qəbul etmədiyini deyib: “Çirkli pullar barədə mənə bir dənə dəlil göstərin, ondan sonra ömürlük cəza verin. Mənim səhhətim pisdir”.

Təqsirləndirilən şəxsin və vəkillərinin razılığı ilə dindirilməyən şahidlərin ifadəsi elan edilmiş hesab edilib. Tərəflər bütün istintaq materialları ilə tanış olduqları üçün bəzi sənədlər də baxılmış sayılıb.

Prokurorun çıxışından sonra proses dekabrın 19-na kimi təxirə salınıb. Həmin gün vəkillərin çıxışından və son sözdən sonra hökm elan ediləcəyi gözlənilir(qafqazinfo).




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər