Tiflis ilə Brüsselin münasibətləri kəskinləşib
Tarix: 03-02-2025 16:35 | Bölmə: Siyasət
Tiflis ilə Brüsselin münasibətləri kəskinləşib

Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Kaja Kallas Tiflisdə keçirilən etiraz aksiyası zamanı gürcü polisinin qəddar hərəkətlərini pisləyib.

Reyting.az
-ın məlumatına görə, Aİ rəsmisi Gürcüstan Daxili İşlər Nazirliyinin nümayəndələrinin hərəkətlərini pisləməklə yanaşı deyib ki, Gürcüstan Aİ-yə namizəd ölkənin gözləntilərini doğrultmur.

Siyasətçi vurğulayıb ki, Avropa İttifaqı gürcü xalqının azadlıq və demokratiya uğrunda mübarizəsində onun yanındadır.

“Dünən Tiflisdə dinc nümayişçilərin, jurnalistlərin və siyasətçilərin vəhşicəsinə sıxışdırılması qəbuledilməzdir. Gürcüstan namizəd ölkənin gözləntilərini doğrultmur. Aİ Gürcüstan xalqını azadlıq və demokratiya uğrunda mübarizəsində dəstəkləyir”, - avropalı siyasətçi bildirib.

Qeyd edək kji, Tiflisin girişində, “Tbilisi Mall” ticarət mərkəzinin yaxınlığında keçirilən etiraz aksiyası zamanı təhlükəsizlik qüvvələri ilə nümayişçilər arasında qarşıdurma olub. İlkin məlumatlara görə, hüquq-mühafizə orqanları zor tətbiq etməklə 30-a yaxın aksiya iştirakçısını saxlayıb. Saxlanılanlar arasında Dəyişiklik Koalisiyasının üzvləri Nika Melia və Tenqo Tevzadze, Tbilisinin keçmiş meri Qiqi Uqulava və fəal Dmitri Bidzinaşvili də var. Onlar polisə tabe olmadıqlarına görə inzibati qaydada saxlanılıblar.

Əlavə edək ki, son aylar Aİ ilə Gürcüstan hökuməti arasında açıq gərginlik yaşanır. Bu qonşu ölkədə keçirilən son parlament seçkilərindən sonra açıq müstəviyə keçib. Gürcüstan hökuməti isə Brüsseli ölkənin daxili işlərinə müdaxilə etməkdə ittiham edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər