22:13 / 16-03-2025
Ziyadxan Əliyev vəfat edib
Tramp generalı Ukraynaya xüsusi elçi təyin edib
Tarix: 16-03-2025 00:16 | Bölmə: Siyasət
Tramp generalı Ukraynaya xüsusi elçi təyin edib

ABŞ prezidenti Donald Tramp general Keyt Kelloqu Ukraynaya xüsusi elçi təyin edib.

Reyting.az
xəbər verir ki, bu barədə Amerika lideri “Truth” sosial şəbəkəsindəki səhifəsində bildirib.

Donald Tramp qeyd edib ki, Keyt Kelloq birbaşa Ukrayna prezidenti Vladimir Zelenski və Ukrayna liderləri ilə işləyəcək.

"General Keyt Kelloqun Ukraynaya xüsusi elçi təyin edildiyini sizə xəbər verməkdən məmnunam. Çox hörmətli hərbi ekspert olan general Kelloq birbaşa prezident Zelenski və Ukrayna rəhbərliyi ilə işləyəcək. O, onları yaxşı tanıyır və onların çox yaxşı iş münasibətləri var", - Tramp yazıb.

Qeyd edək ki, Kelloq bundan əvvəl Ukrayna və Rusiya üzrə xüsusi nümayəndə olub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər