Komandan: "Nazirə rütbələri bir pillə aşağı salmaq səlahiyyəti verilməlidir"
Tarix: 09-09-2025 16:19 | Bölmə: Siyasət
Komandan: "Nazirə rütbələri bir pillə aşağı salmaq səlahiyyəti verilməlidir"

"Qanunvericiliyə görə, hərbi rütbə vermək səlahiyyəti olan şəxsin həmin hərbi rütbəni bir pillə aşağı salmaq səlahiyyəti də olmalıdır".

Reyting.az
xəbər verir ki, bunu Daxili işlər nazirinin müavini, Daxili Qoşunların Komandanı Şahin Məmmədov Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bugünkü iclasında "Azərbaycan Respublikasının daxili qoşunları haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputatların suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, daxili işlər nazirinin polkovnik və digər rütbələri vermək səlahiyyəti var: "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda həmin vəzifələrin aşağı salınması da müəyyən olunub. Daxili işlər nazirinə "Daxili qoşunlar haqqında" yeni qanun layihəsində polkovnik hərbi rütbəsindən başlayaraq aşağı rütbəli zabitlərin rütbələrini bir pillə aşağı salmaq səlahiyyəti verilməlidir"(Report).




Bölməyə aid digər xəbərlər