Fəvvarələr meydanında aksiya olub, saxlanılanlar var
Tarix: 01-12-2021 17:25 | Bölmə: Siyasət
Fəvvarələr meydanında aksiya olub, saxlanılanlar var

Bu gün – dekabrın 1-də saat 15 radələrində bir qrup şəxs Səbail rayonu ərazisindəki Fəvvarələr meydanında ölkədə tətbiq edilmiş xüsusi karantin rejimi qaydalarını kobud şəkildə pozaraq icra hakimiyyəti orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Reyting.az-a verilən məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən qətiyyətlə alınıb.

Bildirilib ki, qanunsuz aksiyanın təşkilatçıları, eləcə də polis əməkdaşlarına müqavimət göstərməyə cəhd edən bir neçə nəfər saxlanılıb, digərləri isə ərazidən uzaqlaşdırılıblar: "Saxlanılan şəxslərin hərəkətinə hüquqi qiymət verilməsi üçün müvafiq araşdırmalar aparılır".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}