Tofiq Yaqublunu Neyrocərrahiyyə Xəstəxanasına aparıblar
Tarix: 01-12-2021 23:52 | Bölmə: Siyasət
Tofiq Yaqublunu Neyrocərrahiyyə Xəstəxanasına aparıblar
T. Yaqublu

Dekabrın 1-də “Saleh Rüstəmliyə azadlıq!“ şüarı ilə keçirilən etiraz aksiyası zamanı polis tərəfindən saxlanılan Milli Şuranın və Müsavat Partiyasının funksioneri Tofiq Yaqublunun sifət nahiyyəsində çoxsaylı qançırlar olan fotosu yayılıb.

Reyting.az
-ın məlumatına görə, T. Yaqublu "Amerikanın Səsi”nə müsahibəsində bildirib ki, aksiyanın keçirildiyi Fəvvarələr meydanına təzəcə daxil olan zaman polis tərəfindən saxlanılıb.

“Məni tutub, döyə-döyə polis bölməsinə gətirdilər. Orada “Bandotdel”dən (Daxili İşlər Nazirliynin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi nəzərdə tutulur-red.) xüsusi qrup gəldi. Məni ayrı otağa saldılar, əlimi qandalladılar, başıma torba keçirdilər və möhkəm döydülər”.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi T. Yaqublunun polis tərəfindən işgəncəyə məruz qalması ilə bağlı iddiaları təkzib etsə də, artıq evə buraxılan müxalifətçinin səhhətinin ağırlaşdığı bildirilir.

Müsavat Partiyasının başqanı Arif Hacılının məlumatına görə, Tofiq Yaqublu təcili tibbi yardım avtomobili ilə Respublika Neyrocərrahiyyə Xəstəxanasına aparılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}