Ann Linde: “ATƏT Cənubi Qafqazda regional əməkdaşlığın qurulmasında maraqlıdır”
Tarix: 02-12-2021 14:15 | Bölmə: Siyasət
Ann Linde: “ATƏT Cənubi Qafqazda regional əməkdaşlığın qurulmasında maraqlıdır”

“Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Cənubi Qafqaz ölkələri arasında regional əməkdaşlığın qurulmasına tərəfdardır”.

Bunu ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde ATƏT-in xarici işlər nazirlərinin iclasında çıxışı zamanı bildirib.

“Əminəm ki, Ermənistan, Azərbaycan və Gürcüstan arasında münasibətlərin qurulması üstünlüklər yaradır”, - o deyib.

A.Linde vurğulayıb ki, ATƏT bu istiqamətdə addımlar atmağa və bu prosesə töhfə verməyə hazırdır/Report.




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}