BİHK-dən çağırış: “Tofiq Yaqublunun döyülməsində təqsiri olanlar cəzalandırılsın!”
Tarix: 02-12-2021 15:08 | Bölmə: Siyasət
BİHK-dən çağırış: “Tofiq Yaqublunun döyülməsində təqsiri olanlar cəzalandırılsın!”

Bakı İnsan Hüquqları Klubu İctimai Birliyi (BİHK) dekabrın 1-də Bakı şəhərində etiraz aksiyası zamanı polisin əsassız güc tətbiq edərək siyasi fəal Tofiq Yaqubluya fiziki zor tətbiq etməsi və digər fəalların saxlanması zamanı hədsiz güc tətbiqi ilə bağlı öz narahatlığını ifadə edir.

Reyting.az
-ın məlumatına görə, BİHK-in bəyanatında deyilir ki, insanların sərbəst toplaşmaq hüququnu məhdudlaşdırmaq və polisin əassız güc tətbiq etməsi ciddi qanun pozuntusudur və bu məsələ aidiyyatı dövlət strukturları tərəfindən ədalətli araşdırılmalı, təqsirkar şəxslər cəzalandırılmalı və ölkədə qanunun aliliyi təmin edilməlidir.

BİHK aidiyyatı dövlət qurumlarını Tofiq Yaqubluya fiziki zor tətbiq etmiş şəxs və ya şəxsləri ölkə qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cəzalandırmağa çağırır.(Turan)




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}