Sabiq nazir: "Şükür Allaha, xəstəliklə bağlı hər hansı bir problemim yoxdur" - Fotolar
Tarix: 02-12-2021 16:09 | Bölmə: Siyasət
Sabiq nazir: "Şükür Allaha, xəstəliklə bağlı hər hansı bir problemim yoxdur"

Bu gün sabiq xarici işlər naziri Elmar Məmmədyarov AFFA İcraiyyə Komitəsinin iclasında iştirak edib. Onun ciddi şəkildə arıqlaması cəmiyyətdə müzakirələrə səbəb olub.

Belə ki, insanlar sabiq nazirin hansısa xəstəlikdən əziyyət çəkdiyini iddia ediblər.

Reyting.az xəbər verir ki, məsələ ilə bağlı Elmar Məmmədyarov "Unikal"a açıqlamasında heç bir xəstəlikdən əziyyət çəkmədiyini bildirib:

"Uzun müddətdir idmanla məşğulam. Şükür Allaha, xəstəliklə bağlı hər hansı bir problemim yoxdur. İdmanla məşğul olduğum üçün 10 kiloqram arıqlamışam. İdmanla məşğul olmağı çox sevirəm. Sadəcə işlədiyim dövrdə idmanla məşğul olmağa vaxtım qalmırdı. Amma indi boş zamanım var və onu dəyərləndirirəm".

Xatırladaq ki, sabiq xarici işlər naziri Elmar Məmmədyarov  AFFA İcraiyyə Komitəsinin 13 üzvündən biridir və o, federasiyada Ümumazərbaycan Futbolsevərləri İctimai Birliyini təmsil edir.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}