14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Səfir: "İsrail ilə Azərbaycan arasında strateji münasibətlər var"
Tarix: 02-12-2021 17:00 | Bölmə: Siyasət
Səfir: "İsrail ilə Azərbaycan arasında strateji münasibətlər var"

"İsrail ilə Azərbaycan arasında 30 ildir qurulmuş diplomatik münasibətlər dövründə strateji əlaqələr bərqərar olub".

Bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik mətbuat konfransında bildirib.

O, iki ölkə arasında dərin tarixi köklərə söykənən münasibətlər, xüsusilə də son iki ildə bir sıra çətin sınaqlardan keçib: “Azəırbaycanla münasibətlərimiz 44 günlük müharibə vaxtında sınaqdan keçdi”.

Səfir həmçinin ölkələrimiz arasında səhiyyə və sair sahələrdə səmərəli əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini də dilə gətirib.

30 il bundan əvvəl Azərbaycanı ilk tanıyanlardan biri olduqlarını vurğulayan İsrail səfiri ikitərəfli münasibətlərin uzaq keçmişə söykəndiyini, Azərbaycanda müsəlman ölkələrinin ən böyük yəhudi icmasının yaşadığını diqqətə çatdırıb/Report.

Səfir əlava edib ki, İsrail hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Səfirin sözlərinə görə, İsrail 44 günlük müharibədən sonra da Azərbaycana dəstək verərək müxtəlif layihələrdə iştirak edib.

İsraildən Azərbaycana gəlmiş oftalmoloqlar İkinci Qarabağ müharibəsi zamanı yaralanmış azərbaycanlı hərbçilərin müalicəsi ilə məşğul olublar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}