Rusiyanın səfiri dövlətə xəyanətdə ittiham olunur
Tarix: 07-12-2021 16:59 | Bölmə: Siyasət
Rusiyanın səfiri dövlətə xəyanətdə ittiham olunur
N. Poklonskaya

Ukrayna məhkəməsi Krımın keçmiş prokuroru, hazırda Rusiyanın Kabo-Verdedəki səfiri Natalya Poklonskayanın həbsi barədə qətnamə qəbul edib.

Reyting.az
utro.ru-ya istinadla xəbər verir ki, hələ bir qədər əvvəl vətəndaş Poklonskayaya qarşı qiyabi şəkildə dövlətə xəyanət ittihamı irəli sürülmüşdü. Dövlət ittihamçısı bəyan edib ki, hökmün yerinə yetirilməsindən ötrü Poklonskaya mütləq saxlanılmalıdır.

Bu gün Kiyev Apellyasiya Məhkəməsi prokurorluğun sorğusunu təmin edib: “Ukraynanın Baş prokurorunun Ofisinin vətəndaş N.P.-nın şübhəli şəxs qismində saxlanılması ilə bağlı ərizəsi təmin edilsin”.

Ukrayna hakimiyyəti bir qədər əvvəl Poklonskayanı dünyanın istənilən nöqtəsindən, o cümlədən, Kabo-Verdedən ölkəyə ekstradisiya etmək fikrində olduğunu açıqlamışdı. Krımın sabiq prokuroru hazırda səfir statusunda bu ölkədə Rusiyanın maraqlarını təmsil edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}