Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanda etnik zəmində zorakı çağırışlarla bağlı qərar verib
Tarix: 07-12-2021 20:00 | Bölmə: Siyasət
Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanda etnik zəmində zorakı çağırışlarla bağlı qərar verib

Beynəlxalq Ədalət Məhkəməsi Ermənistanın əsas iddiası və məqsədi olan “müharibə məhbuslarının dərhal geri qaytarılmasına dair iddiasını” təmin etməyib.

Məhkəmədə, həmçinin Ermənistanın Hərbi Qənimətlər Parkının bağlanmasına dair iddiası da təmin edilməyib.

Eyni zamanda, Ermənistanın "Azərbaycan tərəfindən müharibə cinayətləri"nin araşdırılmasına dair iddiası da təmin olunmayıb.

Bu 3 məsələ üzrə ermənilərin iddiasının təmin olunmaması Azərbaycan tərəfinin vaxtında və əsaslandırılmış şəkildə sübut-dəlilləri məhkəməyə təqdim etməsindən qaynaqlanır/Report.

Bununla belə, Beynəlxalq Ədalət Məhkəməsi Azərbaycanın iddiası üzrə Ermənistanın təcili tədbirlər görməsinə dair qərar verib.

Məhkəmə Ermənistanda etnik zəmində zorakı çağırışlar edən qruplaşmalar və fərdi şəxslərə qarşı Ermənistan dövlətinin təcili tədbirlər görülməsinə dair qərar qəbul edib.

Qərara görə, Ermənistan BMT-nin "İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Konvensiyası çərçivəsində götürdüyü öhdəliklərinə uyğun olaraq, öz ərazisində təşkilatlar və özəl şəxslər tərəfindən də daxil olmaqla azərbaycanlı milli mənsubiyyəti olan şəxslərə hədəflənmiş irqi ayrı-seçkiliyə təhrik və təşviqin qarşısını almalıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}