Putinlə Bayden arasında 2 saatlıq görüş olub - Yenilənib
Tarix: 07-12-2021 21:32 | Bölmə: Siyasət
Putinlə Bayden arasında 2 saatlıq görüş olub

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Cozef Bayden arasında videokonfrans formatında keçirilən danışıqlar başa çatıb

TASS xəbər verir ki, danışıqlar iki saat davam edib.

Görüş qapalı şəraitdə baş tutub.

Qeyd edək ki, bu, iki ölkə liderinin ikinci görüşüdür. İlk təkbətək danışıqlar bu ilin iyununda Cenevrədə keçirilib, o zaman dövlət başçıları müəyyən razılıqlar əldə ediblər.

***

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Co Bayden arasında görüş başlayıb.

“Rossiya24” kanalı xəbər verir ki, Putinlə Bayden arasında danışıqlar videokonfrans formatında keçirilir.

Danışıqlarda əsasən ikitərəfli münasibətlər, Ukrayna münaqişəsi, NATO-nun Şərqə, Rusiya sərhədlərinə doğru irəliləməsi məsələləri müzakirə olunur.

Danışıqlarda V. Putin və C. Bayden təkbətək iştirak edirlər.

Rusiya və ABŞ liderləri bir-birlərini salamlayıb. ABŞ prezidenti rusiyalı həmkarını görməyə şad olduğunu, “Böyük İyirmilik” ölkələri liderlərinin sammitində görüşlərinin baş tutmamasına görə təəssüfləndiyini vurğulayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}