Ağ Ev ABŞ və Rusiya prezidentlərinin görüşü ilə bağlı məlumat yayıb
Tarix: 07-12-2021 22:44 | Bölmə: Siyasət
Ağ Ev ABŞ və Rusiya prezidentlərinin görüşü ilə bağlı məlumat yayıb

Ağ Ev ABŞ və Rusiya prezidentləri Co Bayden ilə Vladimir Putinin bu gün keçirdikləri videokonfransla bağlı məlumat yayıb.

Ağ Evin məlumatında bildirilir ki, C. Bayden bu gün V. Putinlə ABŞ-Rusiya gündəliyindəki bir sıra məsələləri müzakirə etmək üçün təhlükəsiz videokonfrans keçiriblər.

Ağ Ev bəyan edir ki, prezident Bayden ABŞ-ın və avropalı müttəfiqlərinin Rusiyanın Ukrayna sərhədlərində qüvvələri artırmasından dərin narahatlığını ifadə edib. Bayden bildirib ki, ABŞ və müttəfiqləri hərbi eskalasiya baş verəcəyi halda güclü iqtisadi və digər tədbirlərlə buna cavab verəcək:

“Prezident Bayden Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edib və Rusiyanı gərginliyi azaltmağa və diplomatiyaya qayıtmağa çağırıb. İki prezident öz komandalarına prosesi yaxından izləməyi tapşırıblar. ABŞ bu istiqamətdə addımlarını müttəfiqləri və tərəfdaşları ilə sıx koordinasiya edəcək. Prezidentlər həmçinin Strateji Sabitliklə bağlı ABŞ-Rusiya dialoqunu, eləcə də regional məsələlərdə əməkdaşlığı müzakirə ediblər".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}