Həbsdə olan keçmiş icra başçısının vəziyyəti pisləşib
Tarix: 08-12-2021 17:50 | Bölmə: Siyasət
Həbsdə olan keçmiş icra başçısının vəziyyəti pisləşib

Həbsdə olan Gədəbəyin keçmiş icra başçısı Saleh Rüstəmlinin vəziyyəti pisləşib.

Bu barədə onun oğlu Sezgin Rüstəmov məlumat verib.

O, Saleh Rüstəmlinin xüsusi nəzarətə götürüldüyünü yazıb: “Atamın vəziyyəti pisləşib, xüsusi nəzarətə götürülüb. Atam sabaha qalsa, artıq xilas oluna bilməyəcək vəziyyətə düşəcək. Aclığa başlayandan bəri 69 kilodan 52 kiloya enib”.

Qeyd edək ki, Saleh Rüstəmli 6 noyabrdan bəri həbsdə aclıq aksikyası edir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}