Mümkün “Rusiya təcavüzü” müzakirə olunub
Tarix: 11-12-2021 12:55 | Bölmə: Siyasət
Mümkün “Rusiya təcavüzü” müzakirə olunub

ABŞ dövlət katibinin Almaniyanın yeni xarici işlər naziri ilə görüşündə əsas mövzu gözlənilən “rus təcavüzü” olub.

Reyting.az
xəbər verir ki, ABŞ Dövlət departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays özünün “Twitter” akkauntunda şefi Entoni Blinkenin Liverpulda Almaniya XİN-nin yeni rəhbəri Annalena Berbokla görüşdüyünü yazıb.

Praysın açıqlamasına görə, cənab Blinkenlə xanım Berbok Yeddilər Qrupunun nazirlər səviyyəsində görüşündə Ukraynaya qarşı mümkün “Rusiya təcavüzünü” müzakirə ediblər. İki ölkəninm xarici siyasət idarələrinin başçıları həmçinin ətraf mühit sahəsində əməkdaşlıq və Almaniyanın G7-də sədrlik edəcəyi 2022-ci ildə prioritetlər barədə danışıblar.

Bundan bir qədər əvvəl Böyük Britaniyanın xarici işlər naziri Liz Trass bildirmişdi ki, G7 ölkələrinin baş diplomatlarının görüşü təcavüzkar hərəkətlərə, o cümlədən, Rusiyanın Ukraynaya münasibətdə yeritdiyi siyasətə qarşı vahid cəbhədən çıxış etmək şansı verəcək. O, rusların gözlənilən müdaxiləsinin ssenarisini də nəzərdən keçirib: “Bu, olduqca ciddi strateji səhv və Rusiya üçün ağır nəticələrə səbəb olardı. Biz həftəsonu müttəfiqlərimizlə məhz bu mövzunu aydınlaşdırmağa hazırlaşırıq”, - xanım Trass bəyan edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}