Nazir: "Azərbaycan və Türkiyə prezidentləri 3+3 formatının təşəbbüskarı olublar"
Tarix: 12-12-2021 12:45 | Bölmə: Siyasət
Nazir: "Azərbaycan və Türkiyə prezidentləri 3+3 formatının təşəbbüskarı olublar"

"Bir neçə gün bundan əvvəl Moskvada beş ölkənin - Azərbaycan, Rusiya, Türkiyə, İran, Ermənistan xarici işlər nazirləri müavinlərinin görüşü keçirilib. Azərbaycan və Türkiyə prezidentləri 3+3 formatının təşəbbüskarı olublar".

Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, Moskvada bu təşəbbüsün reallaşdırılması ilə bağlı danışıqlar aparılıb:

"Ermənistanın da bu regional təşəbbüsə qatılmaqda tərəddüdləri var idi. Təzadlı, bir-birini istisna edən bəyanatlar verirdilər. Onlar da bu formata qatıldılar. İlk görüş üçün danışıqların nəticələrini yüksək qiymətləndirmək olar. Bütün tərəflər regionda sülh və əmin-amanlığın bərpa edilməsi, o cümlədən, nəqliyyat layihələrinin reallaşmasını müzakirəyə çıxarıblar".

O vurğulayıb ki, növbəti belə görüşlərin rotasiya əsasında digər paytaxtlarda keçirilməsi ilə bağlı qərar qəbul edilib: "Xarici işlər nazirləri bu istiqamətdə koordinasiya rolunu həyata keçirəcəklər. Gələcəkdə daha yüksək səviyyəli görüşlərin keçirilməsi istisna edilmir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}