Yaxın vaxtlarda Azərbaycanda seçki keçiriləcək
Tarix: 12-12-2021 13:45 | Bölmə: Siyasət
Yaxın vaxtlarda Azərbaycanda seçki keçiriləcək

"Milli Məclisdə boş qalan dairələrə seçkilərin keçirilməsi yəqin ki yaxın vaxtlarda olacaq".

Reyting.az
xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan üçün taleyüklü məsələlər həll olunmalıdır: "Hesab edirəm ki, bu məsələ də öz həllini tapacaq".

MSK sədri əlavə edib ki, məntəqə seçki komissiyalarının formalaşdırılması ilə bağlı işlər yekunlaşmaq üzrədir.

Onun sözlərinə görə, əksər seçki dairələrində bu işlər yekunlaşıb: "Mənə verilən məlumata görə, az sayda dairələrdə işlər qalıb. Yaxın vaxtlarda iclas keçiriləcək və işlər başa çatdırılacaq. Bununla da məntəqə seçki komissiyaları tam formalaşmış olacaq".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}