15:16 / 17-01-2025
Əhalinin sayı açıqlanıb
Ukraynaya üç mümkün hücumun ssenarisi açıqlanıb
Tarix: 16-12-2021 10:59 | Bölmə: Siyasət
Ukraynaya üç mümkün hücumun ssenarisi açıqlanıb

Amerikalı ekspert müharibə baş verəcəyi təqdirdə, rusların Ukraynaya yerdən və havadan zərbə endirəcəyini, Belarus istiqamətindən hücüma keçəcəyini və sadəcə qorxutmağa çalışacağını proqnozlaşdırırlar.

Reyting.az
xəbər verir ki, ABŞ-ın “19fortyfive” xəbər portalının şərhçisi Sebastyan Roblin Rusiya qoşunlarının Ukraynaya hücumunun üç mümkün ssenarini sadalayıb. Müəllif birinci variant qismində Rusiya Federasiyasının sərhəddə hərbi potensialını artırmasını adi güc nümayişi olduğunu güman edir. Amerikalı şərhçi Moskvanın cari ilin aprelində oxşar hərəkətlərini xatırladır.

Cənab Roblin ikinci ssenarini mexanikləşdirilmiş ordu birləşmələrinin şimal, cənub və şərq istiqamətindən Şərqi Ukraynanın ərazisinə irəliləməsi şəklində görür. Bu zaman quru qoşunlara artilleriya, Qara dəniz donanmasının gəmilərindən buraxılan raketlər və aviasiyanın dəstək verəcəyini yazan müəllif rusların Mariupolu ələ keçirməklə, Krıma yerüstü dəhlizin yarada biləcəyini diqqətdən qaçırmır.

Roblinin qənaətinə görə, rus ordusu Belarusdan keçərək Qərbi Ukraynaya da daxil olmağa qadirdir. Ekspertin fikrincə, bu variant reallaşarsa, Moskva yaxın perspektivdə bu ərazilərdə partizan hərəkatı ilə üzləşə bilər.

Hadisələrin inkişafının üçüncü variantı Ukrayna Silahlı Qüvvələrinin çox sayda canlı qüvvəsinin məhvinə hesablanan kütləvi bombalanmadır. “19fortyfive”nin şərhçisi Sebastyan Roblinin fərziyyəsinə görə, Moskva bu yolla Kiyevi boyun əyməyə və 1999-cu ildə Serbiya və Kosovo müharibəsində olduğu kimi, öz ordusunu şimal torpaqlarından çıxarmağa məcbur etməyə çalışacaq.




Bölməyə aid digər xəbərlər