Qarabağdakı separatçı-terrorçu rejimin təmsilçilərindən biri Rusiyada həbs edilib
Tarix: 17-12-2021 16:32 | Bölmə: Siyasət
Qarabağdakı separatçı-terrorçu rejimin təmsilçilərindən biri Rusiyada həbs edilib

Azərbaycanın vaxtilə işğal altında olmuş, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Qarabağ bölgəsindəki separatçı-terrorçu rejimin təmsilçilərindən biri olan Boris Avaqyan Rusiyada həbs edilib.

"Aysor" xəbər verir ki, o, Sankt-Peterburq şəhərində saxlanılıb.

Rusiyanın hüquq-mühafizə orqanları B. Avaqyanı qaçaqmalçılığa görə axtarışa veribmiş.

Onun dövlət sərhədini necə keçərək Rusiya ərazisində peyda olması məsələsi də araşdırılır.

Qeyd edək ki, B. Avaqyan separatçı-terrorçu rejimin "təhlükəsizlik xidməti"nin direktor müavini olub/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}