“ABŞ 2014-cü ildə Krımı Rusiyaya güzəştə gedib” - Deputat
Tarix: 18-12-2021 10:26 | Bölmə: Siyasət
“ABŞ 2014-cü ildə Krımı Rusiyaya güzəştə gedib”

“2014-cü ildə Vaşinqton gizli şəkildə Krımın Rusiya ilə birləşdirilməsinə razılıq verib”.

Reyting.az
“RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Ali Radanın “Həyat uğrunda - müxalifət platforması” partiyasından deputat İlya Kiva bildirib.

Deputatın sözlərinə görə, Ağ Ev o zaman Kremlin radikal mövqeyi ilə hesablaşmaya blməzdi, çünki birincinin strateji məqsədləri olub.

Radanın deputatı xüsusi olaraq vurğulayıb ki, yeddi il əvvəl Amerika tərəfi Ukraynada özünün nəzarətində olan qüvvələri hakimiyyətə gətirib: “Ukrayna Amerika ilə bir yerdə Krımı Rusiyaya təslim etdi. Bu isə 2014-cü ildə bizdə baş vermiş dövlət çevrilişinə görə mövcud razılaşmanın şərtlərindən biri idi”, - deyən Kiva hesab edir ki, məhz Rusiya və Amerika arasındakı sövdələşməyə görə, Ukrayna prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Aleksandr Turçinov Kiyevin tabeliyindəki hərbi qüvvələrin Krımdan çıxarılması barədə əmr verib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}