Fuat Oktay: “Münasibətlərin normallaşması Ermənistanın atacağı addımlardan asılı olacaq”
Tarix: 18-12-2021 13:22 | Bölmə: Siyasət
Fuat Oktay: “Münasibətlərin normallaşması Ermənistanın atacağı addımlardan asılı olacaq”

“Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Azərbaycanla birlikdə təklif etdiyimiz “3+3” formatında regional əməkdaşlıq platformasının ilk iclası ötən həftə keçirilib. Biz təkcə Türkiyə-Ermənistan münasibətlərində deyil, bütün bölgə üçün normallaşma arzusundayıq və bu yanaşmamızda tam səmimiyik”.

Bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay söyləyib.

“Təbii ki, belə bir proses Ermənistanın atacağı addımlardan asılı olaraq ehtiyatla və Azərbaycanla yaxından təmasda olaraq gerçəkləşdiriləcək. Qafqazda davamlı sülh, əmin-amanlıq və rifahın bərqərar olması üçün əhatəli əməkdaşlıq bundan sonra da bizim səmimi arzumuz olacaq”, - vitse-prezident vurğulayıb.

Xatırladaq ki, dekabrın 10-da Rusiyanın paytaxtı Moskva şəhərində Azərbaycan, Türkiyə, İran, Ermənistan və Rusiyanın iştirakı ilə “3+3” formatında ilk toplantı keçirilib/Report.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}