Vitse-prezidentlərin diplomatik pasportu ömürlük olacaq
Tarix: 20-12-2021 11:57 | Bölmə: Siyasət
Vitse-prezidentlərin diplomatik pasportu ömürlük olacaq

Xarici İşlər Nazirliyi tərəfindən Birinci vitse-prezidentə və vitse-prezidentlərə diplomatik pasport veriləcək.

Reyting.az
-ın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Pasportlar haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Xarici İşlər Nazirliyi tərəfindən öz vəzifələrini icra etməyə başladıqdan ən azı 15 gün keçənədək Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport təqdim olunacaq. Həmçinin, xaricə 3 aydan artıq müddətə ezam olunan, yuxarıda sadalanan şəxslərlə birlikdə gedən arvadına (ərinə), 18 yaşına çatmamış uşaqlarına, 18 yaşına çatmış əmək qabiliyyəti olmayan övladlarına və 18 yaşına çatmış ərdə olmayan qızına da diplomatik pasport veriləcək.

Təklif edilən digər dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə diplomatik pasport ömürlük veriləcək.

Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}