Çavuşoğlu: “İstanbul-İrəvan aviareysi yaxın günlərdə başlayacaq”
Tarix: 20-12-2021 14:39 | Bölmə: Siyasət
Çavuşoğlu: “İstanbul-İrəvan aviareysi yaxın günlərdə başlayacaq”

“İstanbul-İrəvan aviareysi yaxın günlərdə başlayacaq”.

Reyting.az
xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu söyləyib.

“Bəzi şirkətlərin İstanbul-İrəvan aviareysi üçün sorğuları olub. Bunları dəyərləndiririk. Bəzi şirkətlər yaxın günlərdə uçuşlara başlayacaq. Bütün bu qərarları verərkən can Azərbaycan ilə müzakirələrimizi davam etdiririk”, - nazir vurğulayıb.

XİN başçısı vurğulayıb ki, Türkiyə və Ermənistan birbaşa təmasların başlanması üçün qarşılıqlı şəkildə xüsusi nümayəndələr təyin edib: “Onlar ən qısa vaxtda görüşəcəklər”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}