Arif Əliyev: “Ermənistan mediasının daha fəal olması bizi narahat edir”
Tarix: 21-12-2021 10:43 | Bölmə: Siyasət
Arif Əliyev: “Ermənistan mediasının daha fəal olması bizi narahat edir”

“Brüsseldə baş verənlər, görüşlər və müzakirələr, danışıqların məğzi və bəyanatlar da daxil olmaqla, əldə etdiyimiz informasiyanın az qalan 90 faizi qeyri-Azərbaycan mənbələrindəndir. Bizim ən az informasiya aldığımız mənbə öz Azərbaycan mənbələrimizdir. Məncə, bu, yalnız təəssüf yaratmır”.

Bunu Reyting.az-a “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev deyib.

A. Əliyev qeyd edib ki, erməni mənbələri genişdir: “Bu kimi məqamlara ciddi diqqət olunmalıdır. Məsələn, Azərbaycan prezidentinin Brüssel səfəri zamanı Fransa prezidenti Makronun təşəbbüsü ilə baş tutan görüşü Avropa mənbələrindən alırıq. Orada görüş zamanı hansı məsələlərin müzakirə edildiyi, təmasların məğzi və s. haqda daha çox xarici mediadan informasiya aldıq. Qeyd edim ki, Ermənistan mediası bu məsələdə daha çox aktiv işləyirdi. Bu da, bizi hər zaman narahat edən məsələdir”.

Jurnalistlər Birliyinin sədri bildirib ki, informasiya mənbələri ilə bağlı zəif çıxış edirik: “Xüsusilə, belə səfərlərdə iştirak edən mənbələrimiz. Daxili informasiya mənbələrimiz, xüsusilə rəsmi mənbələrimiz bu istiqamətdə çox zəif çıxış edirlər. Belə halda imkan yaranır ki, digər tərəflər öz şərhləri ilə informasiyanı öncədən təqdim etsinlər. Dəfələrlə görmüşük ki, informasiyanın kökünü birinci kim salırsa, o da daha həyati sayılır, yadda qalır. İnformasiya texnologiyalarının məntiqi belədir. Təcrübədən görürük ki, bəzən birinci xəbər yalan olsa belə, kim yaydısa, hamı ona daha çox inanır. Hətta beş dəfə təkzib olunanda belə, bunun o qədər də təsiri olmur. Bu mənada hesab edirəm ki, bizimkilər bu məsələlərə diqqətlə yanaşmalıdırlar. Əlbəttə, mən qaldırdığım məsələ ilk hal deyil. Amma bununla bağlı məsələyə baxmaq lazımdır”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}