İki hərbi prokuror təyin edilib
Tarix: 21-12-2021 10:59 | Bölmə: Siyasət
İki hərbi prokuror təyin edilib
Kamran Əliyev

Kəlbəcər və Qubadlıya yeni hərbi prokurorlar təyin edilib.

Reyting.az
-ın məlumatına görə, Baş prokuror Kamran Əliyevin əmrlərinə əsasən, Mahir Bayramov Kəlbəcər hərbi prokuroru, Elşən Mürsəlov isə Qubadlı hərbi prokuroru təyin olunub.

Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a fatı təsdiqləyib.

Qeyd edək ki, prezident İlham Əliyevin “İşğaldan azad olunmuş ərazilərdə yeni hərbi prokurorluqların yaradılması haqqında” 1 aprel 2021-ci il tarixli sərəncamına əsasən Qubadlı və Kəlbəcər Hərbi Prokurorluqları yaradıldıqdan sonra Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə qeyd olunan hərbi prokurorluqların struktur və ştat tərkibi müəyyən edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}